Fələstin-Holland əsilli amerikalı supermodel Bella Hadid xəstəxanadan şəkillərini paylaşıb.
Ucnoqta.az xəbər verir ki, supermodel fotolarını İnstaqram səhifəsində paylaşıb.
26 yaşlı məşhur Lyme xəstəliyinin kəskinləşməsi səbəbindən klinikada müalicə keçmə prosesini nümayiş etdirib. Məlumdur ki, bu xəstəlik dəri, oynaqlar, sinir və ürək-damar sistemlərinin zədələnməsi ilə xarakterizə olunur və tez-tez xroniki, residiv kurs keçir. İnfeksiya mənbəyi Avropa, Asiyada və Şimali və Cənubi Amerika qitələrində yaşayan gənələrdir.