Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Aya doğru yola düşüb
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb. Məlumata görə, Hindistanın "Çandrayaan-3" kosmik gəmisi Yer ətrafında orbitini tamamlayıb və Aya doğru istiqamət alıb.
Qeyd edilir ki, bir sıra manevrlərdən sonra “Çandrayaan-3” Yer ətrafında fırlanmağı dayandırmaq və Aya trayektoriyaya daxil olmaq üçün kifayət qədər yüksəklik əldə edib. Chandrayaan-3-ün avqustun 5-də Ay orbitinə çıxacağı gözlənilir.
“Çandrayaan-3” missiyası iyulun 14-də buraxılıb.