Ucnoqta.az
www.ucnoqta.az

Hindistan “Chandrayaan-3” aparatını Aya göndərib

13:24 - 1 Avqust 2023 tarixində dərc olunub.

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Aya doğru yola düşüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb. Məlumata görə, Hindistanın "Çandrayaan-3" kosmik gəmisi Yer ətrafında orbitini tamamlayıb və Aya doğru istiqamət alıb.

Qeyd edilir ki, bir sıra manevrlərdən sonra “Çandrayaan-3” Yer ətrafında fırlanmağı dayandırmaq və Aya trayektoriyaya daxil olmaq üçün kifayət qədər yüksəklik əldə edib. Chandrayaan-3-ün avqustun 5-də Ay orbitinə çıxacağı gözlənilir.

“Çandrayaan-3” missiyası iyulun 14-də buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası