Xızıda atları oğurlayan dəstə üzvləri saxlanılıblar.
Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda oğurlayan Bakı sakinləri D. Qəmbərov, R.Hüseynov və E. Aslanovdur.
Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldükləri etiraf ediblər.
Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.