Biləsuvarda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Biləsuvar-Bəhramtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə rayonun Nərimankənd kənd sakini 1969-cu il təvəllüdlü Sərxoş Quliyevin idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin 2007-ci il təvəllüdlü Rəsul Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Həkimlərin səylərinə baxmayaraq, S. Quliyevin həyatını xilas etmək olmayıb o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.