Qəbələdə 33 yaşlı kişi özünü asdı

20:35 - 28 İyul 2023 - HADİSƏ

Qəbələ rayonunda intihar baş verib.

Ucnoqta.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Bum qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 33 yaşlı Valeh Koroğlu oğlu Xancanov yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıb.

İntiharın səbəbləri məlum deyil. 

Faktla bağlı araşdırma aparlılır.

Xəbər xətti