Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonu Süleyman Tağızadə küçəsində yaşayan 79 yaşlı Elaida Məmmədli iyulun 26-sı ikinci mərtəbədəki evinin eyvanından yıxılıb.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadın iyulun 27-də dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.