Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

21:47 - 27 İyul 2023 - HADİSƏ

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az APA-y istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 13-17 yaşında yeniyetmə oğlanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Xəbər xətti