Bakıda yaşayış binasında yanğın olub

12:22 - 27 İyul 2023 - HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Report" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsi 80 ünvanında yerləşən binanın üçüncü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və 4 yanğınsöndürən texnikası cəlb olunub.

Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Xəbər xətti