Bakıda çimərlikdə oğurluq edən şəxs saxlanılıb

11:21 - 27 İyul 2023 - HADİSƏ

Bakıda çimərlikdə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Şıx çimərliyində bir nəfərin içərisində pulu, mobil telefonu, qulaqcıq, qol saatı, bank kartları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qüdrət Sultanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti