Bakıda kişini elektrik cərəyanı vuraraq öldürdü

09:43 - 27 İyul 2023 - HADİSƏ

Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti