Azərbaycanda icra başçısının qardaşı özünü güllələyib

19:30 - 26 İyul 2023 - HADİSƏ

Kürdəmirdə intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Pirəköcə kəndində qeydə alınıb.

Rayon sakini, 1975-ci il təvəllüdlü Azər Qaraşov özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Azər Qaraşovun Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti