Qaxda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib.
2002-ci il təvəllüdlü Ariz Əhmədov hadisəni öz toyu zamanı törədib. Y.Şıxəmirli həmin toyda qonaq qismində çıxış edib. A.Əhmədov hadisəni qısqanclıq zəminində törədib.