Ani Lorakın Türkiyədəki konserti ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Antalyadakı konsulu Aleksandr Voronin bildirib.
“Bu qərar Ani Lorakın konserti ilə bağlı vəziyyətin, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində sənətçinin şəxsiyyətinin rolunun və belə bir konsertin keçirilməsinin mümkün reputasiya nəticələrinin hərtərəfli öyrənilməsindən sonra Ukrayna ictimaiyyətinin ictimai reaksiyası nəzərə alınaraq qəbul edilib".
Onun sözlərinə görə, konsertin ləğvinə Ukraynanın Ankaradakı səfirliyi ilə Antalyadakı konsulluğun birgə səyi nəticəsində nail olunub.