İraqın cənubundakı Nəcəf şəhərində oteldə baş verən yanğında ən azı 64 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, qurbanların əksəriyyəti hicri-qəməri təqvimlə müsəlmanların müqəddəs Məhərrəm ayında İraqa gələn iranlı zəvvarlardır. Hazırda yanğının söndürülməsi ilə 15 mülki müdafiə bölməsi və azı 5 yanğınsöndürmə briqadası məşğul olur.
İranın Fars agentliyi öz növbəsində yanğın zamanı oteldə İslam Respublikasından olan ən azı 160 zəvvarın olduğunu iddia edir. Onlardan ən azı 70-i boğulma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.