Samux sakinində saxta pul aşkarlanıb

15:32 - 25 İyul 2023 - HADİSƏ

Gəncədə vətəndaşda saxta pul əskinası aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb.

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.
Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbər xətti