Balakəndə qapalı məkanda siqaret çəkən şəxslər cərimələndi - FOTO

10:06 - 25 İyul 2023 - HADİSƏ

Qapalı məkanlarda tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlərə riayət edilməsinin təmini və ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub.

Balakən rayonunda cari il ərzində qeyd olunan qayda pozuntuları ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan 218, İXM-nin 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsinin tələblərinə əməl etməyən 90 və 396-cı (şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması) maddənin tələblərini pozan 42 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.


Xəbər xətti