Pirşağıda bir nəfər dənizdə batıb

09:47 - 25 İyul 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 200 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti