Qubada arvadını öldürən ər könüllü təslim oldu

09:00 - 25 İyul 2023 - HADİSƏ

İyulun 25-də saat 06 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Quba Rayon Prokurorluğu məlumat yayıb.

İlkin araşdırma zamanı 1997-ci təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Fakta görə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər xətti