2 yeniyetmə 1 tələbə dənizdə batdı

21:44 - 23 İyul 2023 - HADİSƏ

Siyəzəndə 3 nəfər dənizdə boğulub.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə Zarat kəndində qeydə alınıb.

Məlumata görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir. Yeniyetmələr Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.

Xəbər xətti