Bakının Nərimanov rayonunda ikimərtəbəli ev yanıb

21:15 - 23 İyul 2023 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli tikilidə yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 54 m² sahədə yanıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.

Xəbər xətti