Şəmkirdə qəza olub, xəsarət alanlar var

20:04 - 23 İyul 2023 - HADİSƏ

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar rayonun İrmaşlı kənd sakinləri 2004-cü il təvəllüdlü Kamran Abbasov, 2003-cü il təvəllüdlü İmran Qasımov, 2005-ci il təvəllüdlü Elmir Həsənov və 2001-ci il təvəllüdlü İsa Əmirxanovdur.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti