Ceyranbatan su anbarına yaxın ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

18:45 - 23 İyul 2023 - HADİSƏ

Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

18:00

Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahəsində yanğın başlayıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a məlumat verilib.

Bildirilib ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğın yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti