Yevlaxda avtomobil qəzasında qadın ölüb, həyat yoldaşı xəsarət alıb - YENİLƏNİB

17:42 - 23 İyul 2023 - HADİSƏ

Yevlaxda avtomobil qəzasında qadın ölüb, həyat yoldaşı xəsarət alıb.

Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, "Toyota Prius" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, "VAZ"ın sürücüsü- Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Cəbrayıl Məmmədov xəsarət alıb. Onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Xatirə Məmmədova isə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı "VAZ"da sürücünün 3 nəvəsi də olub. Onlar xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

14:42

Yevlaxda iki avtomobil toqquşub, ölən var.

"Report"un məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobil "VAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində bir qadın dünyasını dəyişib, daha bir nəfər xəsarət alıb.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti