Yol qəzasına düşən futbolçu hücuma məruz qaldı

23:32 - 22 İyul 2023 - HADİSƏ

Türkiyənin “Beşiktaş” futbol klubunun müdafiəçisi Əmrəcan Uzunxan qəzaya uğradıqdan sonra hücuma məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Futbolçumuz Emrecan Uzunxan bu gün maddi ziyanla nəticələnən yol qəzası keçirib və qəzadan sonra qeyd apararkən yol avtoxuliqanının hücumuna məruz qalıb. MRT nəticəsində 4-cü dərəcəli zədə aşkarlanan futbolçumuza cərrahi müalicəyə başlanılıb”, - məlumatda deyilir.

"TRT Spor"un məlumatına görə, futbolçu 4-6 ay müddətinə sıradan çıxıb.

Xəbər xətti