Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə saat 11 radələrində Zaqatala şəhər ərazisində Tala çayı üzərində tikilmiş Asma körpünün girişində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı və "Opel" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.