Qubada kollec tələbəsi intihar edib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Muçu kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Adgözəl Camərdov yaşadıqları evin həyətində olan dülgər sexi kimi istifadə olunan tikilinin tavanından özün kəndirlə asaraq intihar edib. Onu asılı vəziyyətdə anası tapıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Camərdov Şirvan Dövlət və Humanitar kollecinin III kurs tələbəsi olub.