Göldə batan şəxsləri xilas edən polis həlak olub

23:21 - 21 İyul 2023 - HADİSƏ

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd edilib ki, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası - 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.

Allah rəhmət eləsin.

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Xəbər xətti