Qəbələdə zəlzələ baş verib.
Bu barədə Ucnoqta.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3 bala kimi hiss olunub.