Bakıda iki polisi bıçaqlayan şəxs həbsxanada öldü

17:56 - 20 İyul 2023 - HADİSƏ

Azərbaycanda həbsxanada daha bir məhkum ölüb. 

Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Məhkum Mehman Solovyov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü iddia edilir. 

Qeyd edək ki, M.Solovyov 2017-ci ildə həbs edilib.

Onun tutulması üçün polis əməliyyat keçirərkən müqavimətlə qarşılaşıb. Əvvəllər məhkum olunmuş Mehman Solovyov Şirvan polisinin iki əməkdaşını bıçaqlayıb.  

Xəbər xətti