İsmayıllıda meyit tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb.
Meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.