İspaniya Kataloniyasının istintaq məhkəməsi kolumbiyalı müğənni Şakiraya qarşı iki vergi cinayətində şübhəli bilinən iddianı qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barəd TASS-a regionun Ali Məhkəməsindən məlumat verilib.
Məlumata görə, “prokurorluq yeni şikayət verib” və bu şikayət “məhkəmə tərəfindən baxılmaq üçün qəbul edilib”. Bunlar 2018-ci il üçün fərdi gəlir vergisi və kapital vergisi ilə bağlı iki qanun pozuntusudur.
Bundan əlavə, İspaniyada ifaçı 2012-ci ildən 2014-cü ilə qədər vergidən yayınma ilə bağlı cinayətlərdə şübhəli bilinir. Ümumilikdə söhbət 14,5 milyon avrodan gedir.İttiham tərəfi iddia edir ki, kolumbiyalı müğənni o vaxt futbolçu Xerard Pike ilə münasibətini nəzərə alaraq çox vaxt Barselonada yaşayıb. Noyabrın 20-də bu iş üzrə məhkəmənin başlanacağı gözlənilir.