Moskvada 13 yaşlı yeniyetmə Moskvanın cənubunda 11 yaşlı dostunu öldürüb.
Ucnoqta.az xəbər verir ki, ötən gün məktəblinin meyiti Kolomenski parkında kanalizasiyadan tapılıb. İstintaq Komitəsinin məlumatına görə, şübhəli şəxs hər şeyi etiraf edib və günün xronologiyasını ətraflı danışıb.
Yeniyetmənin mənzilində axtarışlar zamanı cinayət izləri, o cümlədən qan izləri olan yuyulmuş paltarlar aşkar edilib.