“Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılıb öldü

09:45 - 20 İyul 2023 - HADİSƏ

Balakəndə “Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ölüb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti