Monteneqro sahillərində təyyarə qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Vijesti onlayn portalı polis idarəsinə istinadən məlumat yayıb. Məlumata görə, Adriatik dənizində təyyarənin qəzaya uğraması nəticəsində pilot və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onların həyatına heç bir təhlükə yoxdur.
Bildirilir ki, təyyarə Monteneqro sahilləri boyunca Ulsinj şəhəri üzərində sərnişinlərlə turist uçuşu həyata keçirib.