"Abrams" tankı olan yük maşını qəzaya uğrayıb

12:04 - 19 İyul 2023 - HADİSƏ

Amerikanın Abrams tankını daşıyan Avstraliya Müdafiə Nazirliyinin (MN) hərbi yük maşını qəzaya səbəb olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nəticədə 6 nəfər ağır yaralanıb.

Hadisə yerində polis əməkdaşları biri tank daşıyan 4 ağır yük maşını və yanan avtomobil aşkarlayıb. 6 nəfər xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilən üç nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

 Hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.

Xəbər xətti