Amerikanın Abrams tankını daşıyan Avstraliya Müdafiə Nazirliyinin (MN) hərbi yük maşını qəzaya səbəb olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nəticədə 6 nəfər ağır yaralanıb.
Hadisə yerində polis əməkdaşları biri tank daşıyan 4 ağır yük maşını və yanan avtomobil aşkarlayıb. 6 nəfər xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilən üç nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.