İmişlidə avtomobil Araz çayına aşıb, sürücü ölüb

10:30 - 19 İyul 2023 - HADİSƏ

İmişlidə Araz çayına aşan avtomobildə 82 yaşlı sürücü ölüb.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.

Cəbrayıl sakini, 1941-ci il təvəllüdlü Şahverdiyev Vəli idarə etdiyi "VAZ 2106" markalı avtomobil Araz çayına aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Xəbər xətti