Heydər Əliyev prospektində ağır qəza - Piyada öldü

09:34 - 19 İyul 2023 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Seyidov idarə etdiyi və “AmburanİK” MMC-yə məxsus olan yük maşını ilə Heydər Əliyev prospektində - metronun “Koroğlu” stansiyasının yaxınlığında piyadanı vurub. Ağır xəsarət alan şəxs hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı ölən şəxsin 1973-cü il təvəllüdlü Turan Manafov olması müəyyən edilib.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanıb.

Xəbər xətti