Sabirabadda 31 yaşlı qadın özünü asıb

18:21 - 18 İyul 2023 - HADİSƏ

Sabirabadda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb. Nərimankənd kənd sakini, 1992-ci il təvəllüdlü Həsənova Samirə Nəsrulla qızı özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib. İki uşaq anası olan 31 yaşlı qadının intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti