Masazırda həkim intihar etdi - FOTO

16:35 - 17 İyul 2023 - HADİSƏ

 

Abşeron rayonunda həkim intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Sarvan İbrahimov yaşadığı Masazır qəsəbəsi Abşeron Gənclər şəhərciyindəki mənzildə çoxsaylı dərman həbləri qəbul edib.

O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

S.İbrahimovun stomatoloq kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti