İsmayıllıda 35 yaşlı qadın öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Məlumata görə, iyulun 17-si saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.