Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.