Keşlədə Çin vətəndaşı həmvətəninə xəsarət yetirib

12:18 - 16 İyul 2023 - HADİSƏ

İyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada Çin Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü Yuan Tiangang 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq sonuncuya bədən xəsarəti yetirib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Yuan Tiangang şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nizami RPİ-nin İŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər xətti