Koreya Respublikasında güclü yağışların səbəb olduğu sürüşmə və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Ölkə üzrə 1,5 mindən çox insan müvəqqəti dislokasiya məntəqələrinə yerləşdirilib. Çunçonqbukto əyalətində 6400-dən çox sakin təxliyə edilib.
Koreya Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, iyulun 13-dən etibarən bir sıra bölgələrə 400 mm-dən çox yağış düşüb.