Ucnoqta.az
www.ucnoqta.az

Cənubi Koreyada güclü yağışlar 7 nəfərin həyatına son qoyub

08:51 - 15 İyul 2023 tarixində dərc olunub.

Koreya Respublikasında güclü yağışların səbəb olduğu sürüşmə və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Ölkə üzrə 1,5 mindən çox insan müvəqqəti dislokasiya məntəqələrinə yerləşdirilib. Çunçonqbukto əyalətində 6400-dən çox sakin təxliyə edilib.

Koreya Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, iyulun 13-dən etibarən bir sıra bölgələrə 400 mm-dən çox yağış düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası