Müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olmuşdu.
Ucnoqta.az Axşam-a istinadla xəbər verir ki, Niyam məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə restoranında belə cavab verib:
"Buraya gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün 3 masa da olsa, ansambl ilə canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 manat tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?"