Bərdədə 19 yaşlı oğlan çayda batıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində rayon sakini, 2004-cü il təvəllüdlü Hüseyn Həsənov Xaçınçayda çimərkən suda boğulub. Hadisə zamanı yaxınlıqda olan qohumları Hüseyni xilas etməyə çalışsalar da, o boğularaq dünyasını dəyişib.
Gənc oğlanın meyiti sudan çıxarılaraq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.