Dünən Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın vəfat edib.
APA-nın məlumatına görə, dünən Lənkəran rayonunun Kərgəlan kəndində küçədə zibil yandırarkən yanaraq xəsarət alan, kənd sakini 1978-ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.