Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab olaraq Yaponiya və ABŞ birgə hava təlimləri keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər cənub-qərbdəki Kyuşu adasının şərqində baş tutub. Təlimdə Yaponiya Hava Özünümüdafiə Qüvvələrindən dörd "F-2" qırıcısı və ABŞ Silahlı Qüvvələrindən iki "F-15C" qırıcısı və bir "KC-135" yanacaq dolduran təyyarəsi iştirak edib.
Təlimlər Şimali Koreyanın növbəti buraxılışı fonunda vəziyyətin istənilən gərginləşməsinə cavab verməyə Yaponiya və ABŞ-ın birgə hazırlığını nümayiş etdirmək üçün nəzərdə tutulub.